Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi Elmi Tədqiqat İnstitutunun (The ESRI) 60 illik yubileyinə həsr olunan bu kitab real tarixi faktlara, arxiv sənədlərinə, İnstitutun 60 il ərzində yerinə yetirdiyi elmi-tədqiqat işləri hesabatlarına əsaslanaraq yazılmışdır. Kitabda yarım əsrdən çox fəaliyyət göstərən İnstitutun iqtisadiyyatın təşkili, planlaşdırılması və proqnozlaşdırılması sahəsində aparılmış elmi-tədqiqat fəaliyyəti, yüksək ixtisaslı kadrların (iqtisad elmləri namizədləri və doktorlarının) yetişdirilməsi tarixi sənədlər əsasında işıqlandırılmışdır. Həmçinin ESRI-nin fəaliyyət tarixi şərti olaraq üç dövrə ayrılmışdır. Birinci dövr 1964-1991-ci illəri, ikinci dövr Azərbaycan Respublikasının öz müstəqilliyini yenidən bərpa etdikdən sonrakı illəri, üçüncü, və ya "yeni dövr" isə Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əsasında "İqtisadi Elmi Tədqiqat İnstitutu" (The ESRI) publik hüquqi şəxsin yaradılmasından sonrakı illəri əhatə edir.
Biblioqrafik təsvir
Elmi fəaliyyətin 60 ili: keçmişdən gələcəyə / Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Elmi Tədqiqat İnstitutu; baş red. Ş. M. Sadıqov; elmi red.: A. D. Hüseynova [et al.].- Bakı, 2024.- 524 s.