Azərbaycanda kosmik elm və texnologiyaların keçdiyi yollar
Azərbaycanda kosmik elm və texnologiyaların keçdiyi yollar
Sərlövhə:
Azərbaycanda kosmik elm və texnologiyaların keçdiyi yollar
Nəşr ili:
2024
Annotasiya:
Kitabda MAKA-nın elmi-tədqiqat və təşkilati fəaliyyətinin tarixi şərti olaraq üç dövrə ayrılmışdır. Birinci dövr 1974-1984-cı illəri, 2-ci dövr Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin SSRİ Ümumi Maşınqayırma Nazirliyinin, Azərbaycan Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin və AMEA-nın tərkibində olduğu 1985-2006-cı illəri, 3-cü dövr isə təşkilatın Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyi 2006-cı ildən sonrakı illəri əhatə etməklə 7 fəsildən ibarətdir. Eyni zamanda kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda kosmik infrastrukturun yaradılmasında rolundan bəhs olunmuş, MAKA-nın 50 illik fəaliyyəti dövründə beynəlxalq əlaqələri, təşkilatda həyata keçirilmiş tədbirlər və görüşlər, nəşriyyat fəaliyyəti işıqlandırılmış, təşkilata rəhbərlik etmiş baş direktorlar və digər rəhbər işçilər, çoxillik əmək fəaliyyəti ilə fərqlənən alim və mütəxəssislər haqqında məlumatlar şərh olunmuşdur.
Biblioqrafik təsvir
Azərbaycanda kosmik elm və texnologiyaların keçdiyi yollar / Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi; tərt.: N. İ. Kərimov [et al.]; baş red. T. İ. Süleymanov.- Bakı: Parlaq İmzalar, 2024.- 280 s.