Kitaba müəllifin mürəkkəb və çətin inkişaf yolu keçmiş Cənubi Azərbaycan nəsrinin təşəkkülü və inkişaf tarixi, bu zəngin irsin yaranmasında əvəzsiz xidmətləri olmuş M.H. Rüşdiyyə, M.Ə. Talıbov, Z. Marağalı, H.F. Xoşginabi, A.P. Makulu və G. Sabahi kimi tanınmış nasirlərin, eləcə də onların bu işi müvəffəqiyyətlə davam etdirən xələflərinin həyatı və yaradıcılığı ilə bağlı çoxillik araşdırmalarının nəticələri daxil edilmişdir.
Biblioqrafik təsvir
Mehdibəyova, Mahmizər Həmid qızı. Cənubi Azərbaycan nəsri: dünən və bu gün / M. H. Mehdibəyova; red. İ. Qəribli; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm və təhsil, 2019.- 184 s.