Kitab haqqında

Maşınqayırmada keyfiyyətin normallaşdırılması

Maşınqayırmada keyfiyyətin normallaşdırılması

Sərlövhə:
Maşınqayırmada keyfiyyətin normallaşdırılması
Müəllif:
Həsənova Nailə
Nəşr ili:
2021
Annotasiya:
Dərs vəsaitində ayrı-ayrı maşın və mexanizm qovşaqlarının müsaidə və oturmalarının hesabatı verilir. Dərs vəsaiti 8 fəsildən ibarətdir. Bu fəsillərdə hədd ölçülərinin meyllərinin təyin olunması və onların cizgilərdə göstərilməsi, birləşmələrdə araboşluğunun və gərilmənin müəyyən edilməsi, hamar kalibrlərin icra ölçülərinin hesablanması, dirsəkli yastıq yığım vahidinin oturmasının hesabatı və müsaidə sahəsinin qurulması, işgil birləşmələrin müsaidə oturmalarının təyini, yiv birləşməsinin orta diametrinin hesablanması və müsaidə sahəsinin seçilməsi, şlis birləşmələrinin hədd ölçülərinin təyini və möhkəmlik hesabatı və gərginlikli oturmaların hesablanması və seçilməsi mövzuları verilmişdir. Bütün fəsillərin əvvəli nəzəri hissə ilə başlanır. Nəzəri hissədən sonra nümunəvi misallar verilir.

Biblioqrafik təsvir

Həsənova, Nailə Ağa Kazım qızı. Maşınqayırmada keyfiyyətin normallaşdırılması: dərs vəsaiti / N. A. Həsənova; red. C. Ə. Kərimov; Azərbaycan Dövlət Neft və Sənaye Universiteti.- Bakı: ADNSU, 2021.- 100 s.