- Sərlövhə:
- Lütfi Zadə
- Nəşr ili:
- 2022
- Annotasiya:
- Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi "Lütfi Zadə" biblioqrafiyası dünya şöhrətli alim, qeyri səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyinə həsr edilmiş biblioqrafiyadır. Biblioqrafiyada görkəmli alimin əsərləri, həyat və yaradıcılığına aid zəngin materiallar toplanmış, həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, habelə alimin dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Lütfi Zadə (Ələsgərzadə Lütfəli Rəhim oğlu): biblioqrafiya = Лютфи Заде (Алескерзаде Лютфали Рагим оглы): библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası; tərt. L. Şirinova; elmi red. K. M. Tahirov; red. E. Nəciyev; ön sözün müəl. M. C. Mərdanov. Bakı: Azərbaycan Milli Kitabxanası, 2022.- 608 s.- Azərbaycan və rus dillərində.