Kitab XX əsrin əvvəllərində şərqdə ilkin olaraq müstəqilliyini əldə etmiş və demokratik dövlət quruculuğuna başlamış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin hərbi müdafiəsinin təşkili problemlərinə həsr olunmuşdur. Osmanlı qoşun hissələri Azərbaycanı tərk edəndən sonra Cümhuriyyət ordusunun formalaşması, bu ordunun kadr, təchizat və təminat məsələlərinin həll edilməsi və ölkənin ərazi bütövlüyü uğrunda apardığı mübarizə kitabda geniş şəkildə araşdırılmışdır.
Biblioqrafik təsvir
Süleymanov, Mehman Sirac oğlu. Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi / M. S. Süleymanov; elmi red. P. Q. Darabadi; rəy. N. Ə. Maksvell II cild.- Tehran: Firuzan, 2014.- 696 s.