Kitab haqqında

1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar

1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar

Sərlövhə:
1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar
Nəşr ili:
2019
Cild:
2
Annotasiya:
Çar hakimiyyəti müsəlmanların, o sıradan Azərbaycan türklərinin ali təhsil almasına hər vasitə ilə əngəl törədir, hətta bəzi ali məktəblərə qəbul olunmaq üçün şəxsən çarın özü onlara icazə verirdi. Buna baxmayaraq azərbaycanlıların savadlanmaq həvəsi bütün maneələri aşdı və soydaşlarımız Rusiya imperiyası müsəlmanları içərisində sayca ən çox ali təhsilliyə malik oldu. Müəlliflərin Bakıdan başqa Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallinn, Tiflis... kimi şəhərlərdəki mərkəzi arxivlərdə uzunmüddətli araşdırmalardan sonra gətirdikləri zəngin bəlgələr, sənədlər əsasında qələmə alınmış bu kitabda çar, Cümhuriyyət və sovet dönəmində nəşr olunmuş çoxlu qəzet-jurnal materialları da ilk dəfə elmi dövriyyəyə cəlb edilib və nəticədə 1920-ci ilədək, əsasən, Rusiya və Avropanın ali məktəblərində oxumuş 600-dən artıq soydaşımız haqqında ən dəqiq və geniş ensiklopedik-sorğu bilgi bankı yaradılıb. Kitabda Azərbaycan Cümhuriyyətinin (1918-1920) ali təhsilli bütün azərbaycanlı dövlət adamlarının sənədli tərcümeyi-halı ilk dəfə toplu halında ictimaiyyətə təqdim edilir.

Biblioqrafik təsvir

1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar: ensiklopedik soraq kitabı / tərt.-müəl. M. C. Mərdanov, Ə. Tahirzadə, elmi red. Y. Mahmudov. 
II cild: B - Ə. - Bakı : Təhsil, 2019. - 552 s.