Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf - məqsədimizdir" çoxcildliyinin bu cildində Ermənistanın 30 ildir işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad edilməsilə bağlı Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunun başladığı savaşdan bəhs olunur. Bu cilddə, eyni zamanda Azərbaycan Prezidentinin tez-tez xalqa müraciəti və rəsmi ”Twitter” hesabından işğaldan azad edilmiş ərazilərimizin adları da yer almışdır. Kitabda həmçinin dövlət başçısının regionda aktiv münaqişə və terrorçu Ermənistan dövlətinin Gəncə və Bərdədə dinc əhaliyə qarşı ballistik raketlərdən istifadə etməsi nəticəsində ölən və yaralananlar, o cümlədən dağıntılar barədə dünyanın nüfuzlu informasiya agentlikləri və televiziya kanallarına müsahibələri də dərc olunmuşdur.
Biblioqrafik təsvir
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev. 107-ci kitab: oktyabr 2020 - noyabr 2020.- Bakı: Azərnəşr, 2021.- 392 s.