Monoqrafiyada Mərkəzi Avrasiyanın geosiyasi problemləri tədqiq olunur. Müəlliflər bu regiona münasibətdə geniş yayılmış kühnə imperiya doktrinalarından prinsipcə fərqlənən yeni geosiyasi yanaşma təklif edirlər. Avrasiyanın coğrafı, siyasi və digər xüsusiyyətləri əsas götürülərək, bu materik Mərkəzi Avropa, Mərkəzi Asiya və onları qovuşduran Mərkəzi Qafqaz regionu ölkələrinin toplusu kimi müəyyənləşdirilir.
Biblioqrafik təsvir
İsmayılov, Eldar Ələsgər oğlu. Mərkəzi Avrasiya: yeni geosiyasi baxış: monoqrafiya / E. Ə. İsmayılov, V. Papava; Qafqazın Strateji Tədqiqatlar İnstitutu.- Stockholm: CA&CC Press, 2011.- 168 s.