Ülvi Yusif oğlu Bünyadzadə Şəhid olandan sonra "Ülvi duyğularım" şeirlər kitabı ilə ədəbiyyat-sənət dünyasına qədəm qoymuşdu. Yenidən doğulmaq, yarımçıq bir ömrü bütov yaşamaq, duyğulu könüllərə həyat eşqi, Vətən məhəbbəti səpmək üçün ədəbi irsi ilə qayıtmışdı. 1990-cı il 20 Yanvarın günahsız qurbanı olan 20 yaşlı Ülvinin adının, xatirəsinin hamımız üçün təsəlliyə çevrilən şeirlərinin bütün yurdsevərlər, şeirsevərlər üçün eyni dərəcədə əziz olacağına ilk kitabında olduğu kimi, bu gün də - 55-yaşını andığımız gündə də inanırıq.
Biblioqrafik təsvir
Bünyadzadə, Ülvi Yusif oğlu. Mən qorxmuram uzaq yola çıxmaqdan: şeirlər, poema və tərcümələr / Ü. Y. Bünyadzadə; tərt., ön sözün müəl. A. Ü. Binnətova.- Bakı: Füyuzat, 2024.- 200 s.