Qaşqaylar mübarizliyi və döyüşkənliyi ilə seçilən elat bir xalqdır. Sayları üç milyondan çox olan bu xalq İran İslam Respublikasının güneyində, indiki Fars ostanında və ətrafında yaşayır. Bir milyona yaxın insan isə özünü Qaşqay saysa da, Farslar arasında assimlə olduğundan ana dilində danışa bilmir. Azərbaycandan iki min kilometr uzaqda, İran İslam Respublikasının güneyində yaşayan Qaşqaylar ləhcələrimizi, folklorumuzu, adət-ənənəmizi qoruyub saxlamışlar. Kitaba Qaşqay elinə səfərlərlə bağlı yazılar, Qaşqayların Azərbaycanla bağlılığından bəhs edən məqalələr, eləcə də folklor nümunələri daxil edilmişdi.
Biblioqrafik təsvir
Şamil, Əli. Qaşqaylar və onların folkloru / Ə. Şamil; layihənin rəh. M. Kazımoğlu; red. A. Rəhimoğlu; AMEA Folklor İnstitutu.- Bakı: Elm və təhsil, 2020.- 264 s.