Layihənin əsas məqsədi Məcburi Köçkün gənclərin mövcud əmək hüquqlarına əsasən işsizlik problemlərinin həllinin tapılmasında məlumatlılığının artırılmasından ibarətdir. Layihənin icrası zamanı qarşıda duran əsas vəzifə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan Məcburi Köçkün gənclərə əmək hüquqlarına dair seminarların keçirilməsi, fərdi məsləhət və yardımın göstərilməsi ilə paralel olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bakı Şəhər Baş Məşğulluq Mərkəzi ilə əldə olunmuş razılığa əsasən Məcburi Köçkün gənclərin Məşğulluq Mərkəzlərində təşkil olunan peşə- ixtisas kurslarına cəlb edərək gələcəkdə işlə təmin olunmalarında yardımçı olmaqdan ibarətdir.
Biblioqrafik təsvir
Əmək hüquqlarının müdafiəsi üzrə yaddaş kitabçası / tərt. P. İsgəndərov.- Bakı: Qarabağ, 2007.- 79 s.