Metodik vəsait, hazırki dövr və perspektiv üçün mühüm əhəmiyyət kəsb edən bir problemin ümumtəhsil məktəbləri şagirdlərinin şüurlu şəkildə ilk peşə-ixtisas seçiminə və onunla bağlı iqtisadiyyatın əsasları üzrə ilkin biliklərə, praktik bacarıq və vərdişlərə yiyələnməsinin imkanları və yollarına həsr olunur. Azərbaycan iqtisadiyyatının əsas sahələri üzrə geniş yayılan ilk peşə-ixtisaslar barədə yığcam və asan qavranıla bilən materiallar (peşə-ixtisasqrammalar) verilir, ayrı-ayrı fənn proqramlarında, dərslik və dərs vəsaitlərində problem üzrə iş aparılması imkanları, yeri və ümumi məzmunu müəyyənləşdirilir.
Biblioqrafik təsvir
Əzizov, Rahim Zaman oğlu. Ümumtəhsil məktəblərində peşəyönümü məsələləri: metodik vəsait / R. Z. Əzizov; elmi red. İ. M. Mayılov; Azərbaycan Müəllimlər İnstitutu.- Bakı: Müəllim, 2013.- 138 s.