Kitab haqqında

Ulduz elmi və orta əsrlər Azərbaycan ədəbiyyatı

Ulduz elmi və orta əsrlər Azərbaycan ədəbiyyatı

Sərlövhə:
Ulduz elmi və orta əsrlər Azərbaycan ədəbiyyatı
Müəllif:
Qurbansoy Firudin
Nəşr ili:
2016
Annotasiya:
Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun "Ulduz elmi və orta əsrlər Azərbaycan ədəbiyyatı" adlı monoqrafiyası bu mövzuda yazılmış ilk əsərdir. Əsərdə ulduz elminə dair kifayət qədər geniş məlumat verilir, onun tədqiqat sahələrinin özünəməxsusluğu araşdırılır. Minilliklər boyunca təşəkkül tapan və təkamül edən bu elmin həm nəzəri, həm də təcrübi sahələri son illərdə inkişaf edib. Azərbaycan şairləri orta əsrlər elm və təhsil sisteminə müvafiq olaraq, ulduz elminə dair bilikləri də öyrənir, yeri gəldikcə, bundan öz əsərlərində bədii deyim vasitələri şəklində istifadə edirdilər. Ulduzlar haqdakı biliklər və onun poeziyada əksi məsələsi bu kitabda faktiki materialların bazasında təqdim olunur. Kitabda kosmosun insanın xarakterinə, səhhətinə təsiri məsələsinə də yer ayrılıb.

Biblioqrafik təsvir

Qurbansoy, Firudin Əliağa oğlu. Ulduz elmi və orta əsrlər Azərbaycan ədəbiyyatı: monoqrafiya / F. Ə. Qurbansoy; elmi red.: Ə. Q. Səfərli, B. Quluzadə; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: TEAS Press, 2016.- 124 s.