"Qadın Konvensiyası və bizlər: Rəmzi məhkəmə "janrında" monitorinq" kitabçası UNIFEM-in "CEDAW-nun MDB ölkələrində gerçəkləşdirilməsi və monitorinq" proyekti çərçivəsində hazırlanıb. Qadın Haqları üzrə Rəmzi Məhkəmə "Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Yox edilməsi Konvensiyası"nın (CEDAW-ın) 2-ci və 7-ci Maddələrinin Azərbaycanda necə yerinə yetirilməsi üzrə şərti məhkəmə prosesi keçirəndən sonra D. Mehdi və N. Mehdi onların protokol materialları əsasında kitabçanın mətnini hazırlayıblar. Bu materiallarda "Azərbaycan qanunvericiliyində qadın haqları nə dərəcədə gerçəkləşdirilib", "Azərbaycan toplumunda qadınların siyasi, sosial fəallığı üçün hansı şərait yaradılıb?" sualları üzrə diskussiyalar verilib.
Biblioqrafik təsvir
Qadın Konvensiyası və bizlər: Rəmzi məhkəmə "janrında" monitorinq / tərt.: D. Mehdi, N. Mehdi; red. D. Mehdi.- Bakı: Qanun, 2004.- 83 s.