Elmira Axundova Heydər Əliyevin həyat və fəaliyyəti haqqında roman-tədqiqatını ömrünün ən mühüm layihəsi hesab edir. On ildən çox gərgin zəhmət, kitab qəhrəmanının uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, prezidentin şəxsi arxivində iş Ulu öndərimizin ən dolğun və obyektiv bioqrafiyasını yaradan romanın unikal sənədli əsasını təşkil edir. Kitab az məlum olan fakt, epizod, eksklüziv informasiya ilə zəngindir və bütün bunlar dərin təhlil, müəllif şərhi ilə müşayiət olunur. Yazıçının Heydər Əliyevlə şəxsi tanışlığı və dostluğu romana xüsusi emosionallıq, səmimiyyət gətirir. Kitab qəhrəmanımızın uşaqlıq və gənclik illərinə, dövlət təhlükəsizliyi orqanlarında işinə, həmçinin 1969-1982-ci illərdə Azərbaycan Respublikasının rəhbəri vəzifəsində fəaliyyətinə həsr edilib.
Biblioqrafik təsvir
Axundova, Elmira Hüseyn qızı. Hakimiyyət yükü altında: 1923-1982 / E. H. Axundova; rus dilindən tərc.: N. Qurbanova [et al.]; red. O. Məmmədov.- Bakı: Şərq-Qərb, 2019.- 544 s.