Kitab haqqında

Azərbaycan xalçaları: Qarabağ qrupu

Azərbaycan xalçaları: Qarabağ qrupu

Sərlövhə:
Azərbaycan xalçaları: Qarabağ qrupu
Nəşr ili:
2010
Annotasiya:
"Azərbaycan xalçaları bütün məktəbləri ilə" adlı böyük layihədən olan bu kitab Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ xalçaçılıq məktəbinə həsr edilmişdir. Kitabda Qarabağın keçdiyi tarixi inkişaf yolu, burada xalçaçılığın təşəkkülü, onun inkişafı, mərhələləri, səciyyəvi xüsusiyyətləri əksini tapmışdır. Qarabağ xalçaçılıq məktəbi haqqında tam təsəvvür əldə etmək üçün nadir xalçalardan ibarət illüstrativ materiallar verilmişdir. Onun əsas hissəsini "Azər-İlmə"MMC-nin "Sehrli ilmələr" qalereyasının tarixi Qarabağ xalçaları kolleksiyası və tarixi ənənə əsasında, bilavasitə "Azər-İlmə"də toxunan xalçalar təşkil edir. Kitabda verilmiş bütün materiallar Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, Qarabağın Azərbaycan tarixi və mədəniyyətinin üzvü hissəsi olduğunu bir daha təsdiq edir.

Biblioqrafik təsvir

Azərbaycan xalçaları: Qarabağ qrupu = Azerbaijani Carpets: Garabagh Group / Heydər Əliyev Fondu; tərt. V. A. Muradov; tərc. Y. Səlimov; elmi red. K. M. Əliyeva.- Bakı: Elm, 2010.- 272 s.- Azərbaycan və ingilis dillərində.