Monoqrafiyada Azərbaycanın tarixi coğrafiyası, dövlətçilik tarixi, Azərbaycan xalqının təşəkkülü, dili və mədəniyyəti məsələlərinə İran tarixçilərinin münasibəti aydınlaşdırılıb. Xüsusilə Cənubi Azərbaycanda 1905-1911-ci illər milli demokratik hərəkatı və 1920-ci ilin aprel-sentyabr aylarında Şeyx Məhəmməd Xiyabani və 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvəri hərəkatının İran tarixşünaslığında tədqiqi və dəyərləndirilməsi öyrənilib, dövrün qaynaqlarından istifadə olunmaqla hərtərəfli təhlil edilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və İranla qarşılıqlı əlaqələrinin, Sovet dövründə Azərbaycan-İran münasibətlərinin, eləcə də müstəqil Azərbaycan Respublikası tarixi məsələlərinin İran tarixşünaslığında əksi geniş araşdırılmış, yol verilən subyektiv qiymətləndirmələr və qərəzli yanaşmalar əsaslı şəkildə tənqid edilmişdir.
Biblioqrafik təsvir
Mədətli, Eynulla Yadulla oğlu. İranda Azərbaycan tarixi məsələləri: monoqrafiya / E. Y. Mədətli; elmi red. Y. M. Mahmudov; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Turxan NPB, 2020.- 508 s.