İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər
Sərlövhə:
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər
Müəllif:
Əliyev İlham Heydər oğlu
Nəşr ili:
2023
Cild:
130
Annotasiya:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf - məqsədimizdir" çoxcildliyinin bu cildində dövlət başçısının Macarıstan və Tacikistan Respublikalarına, Özbəkistan və Türkiyə Respublikalarının dövlət başçılarının isə ölkəmizə səfərlərinə, bu səfərlər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirakına dair materiallar toplanmışdır. Kitabda, həmçinin dövlət başçısının Çinin "China Media Group" media korporasiyasına, Şuşada "Euronews" televiziyasına müsahibələri, Qazax, Samux, Bərdə, Şəmkir, Kəlbəcər, Şuşa, Laçın və Füzuliyə səfərlərinə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə birlikdə Füzulidə inşa olunmuş Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbin açılışı mərasimində iştirakına, burada MİDA yaşayış kompleksində yeni evlərə koçürülmüş sakinlərlə görüşlərinə aid materiallar, o cümlədən Qarabağda keçirilmiş antiterror tədbirlərinin nəticələri ilə bağlı Azərbaycan xalqına müraciəti də yer almışdır.
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov. 130-cu kitab: iyul 2023 - sentyabr 2023.- Bakı: Azərnəşr, 2023.- 392 s.