Oxuculara təqdim olunan kitab ilk dəfə 1946-cı ildə Təbrizdə fəaliyyət göstərmiş Sovet Mədəniyyət Evinin Nəşriyyatında çap edilib. Müəllif görkəmli inqilabçı, ictimai-siyasi xadim, jurnalist, bir neçə xarici dildə səlis danışan, Azərbaycan Milli Hökümətinin Baş Prokuroru olmuş, şanlı İbrahimilər nəslinə mənsub Firidun İbrahimidir. Belə qəınaətə gəldik ki, əsəri ərəb əlifbasından latın qrafikasına çevirməklə və hər iki nümunəni bir nəşrdə toplamaqla nəinki onunla o taylı-bu taylı saya gəlməz tanışlıq imkanı yaradar, həm də böyük mütəfəkkirin ruhuna şəhadətinin 70 illiyi ərəfəsində ehtiramımızı əyani nümayiş etdirərik.
Biblioqrafik təsvir
İbrahimi, Firidun Qulu oğlu. Azərbaycanın qədim tarixindən / F. Q. İbrahimi; tərt. F. Ə. İbrahimi ; red. R. Hüseynzadə; Azərbaycan Demokrat Firqəsi.- Təbrizdəki sovet mədəniyyət evinin nəşriyyatı, 1946.- Bakı : Ərgünəş, 2017.- 70 s.