Kitabda xarici dillərin öyrənilməsində ölkəşünaslıq faktorlarından istifadə edilməsi metod və üsulları araşdırılır, dilin öyrənilməsi prosesində sırf milli səciyyə daşıyan və əşya adı bildirən sözlərin- reali və fon sözlərinin öyrənilən dildə verilməsi qaydaları nəzərdən keçirilir. Əsərdə ingilis və Azərbaycan dillərinin materiallarından istifadə edilsə də, hər hansı bir xarici dilin öyrənilməsində, hər hansı bir xarici dildən Azərbaycan dilinə və Azərbaycan dilindən hər hansı bir xarici dilə tərcümə prosesində ondan istifadə oluna bilər.
Biblioqrafik təsvir
Rəcəbli, Əbülfəz Əjdər oğlu. Linqvistik ölkəşünaslığın əsasları / Ə. Ə. Rəcəbli; elmi red. A. M. Babayev.- Bakı: Nurlan, 2004.- 127 s.