Kitab Qafqaz İslam Ordusu hərəkatından bəhs edir. Mucib Kemalyerin 1974-cü ildə Türkiyədə çap etdirdiyi "Çanaqqala savaşı necə doğdu və Azərbaycan savaşı 1917-1918-ci illər" kitabının Azərbaycanla bağlı hissəsi kitabda öz əksini tapmışdır. Həmçinin Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın, Xəlil Paşanın xatirələri də oxuculara çatdırılır. Bakıda 1919-cu ildə "Turan" mətbəəsində nəşr olunan Seyidağa Axundzadənin "1918-ci il mart hadisələri və Nuru Paşanın Bakını azad etməsi" kitabı da əlavələrlə birlikdə oxuculara təqdim olunur.
Biblioqrafik təsvir
Azərbaycan savaşı: 1917-1918-ci illər: [Türk zabitlərinin istiqlal xatirələri] / türkcədən tərc., tərt., ön sözün müəl. A. A. Vəliyev.- Bakı: Elm və Təhsil, 2012.- 144 s.