Kitab haqqında

Həsən bəy Zərdabinin mücahid oğlu

Həsən bəy Zərdabinin mücahid oğlu

Sərlövhə:
Həsən bəy Zərdabinin mücahid oğlu
Müəllif:
Aşırlı Akif
Nəşr ili:
2016
Annotasiya:
Kitab böyük mütəfəkkir Həsən bəy Zərdabinin oğlu Səffət bəy Məlik Zərdabinin (1884-1976) həyatı və fəaliyyətindən bəhs edir. S. Zərdabi barədə indiyədək yetərincə məlumat olmayıb. 1921-ci ildə Azərbaycanı tərk edib, bir daha geri dönməyən Səffət bəy Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində olub. 1927-ci ildə Almaniyada Ali mühəndislik məktəbini bitirib. Türkiyənin tanınmış memarıdır. Azərbaycanın istiqlalının bərpası uğrunda mücadilə aparan S. Zərdabi Ankarada fəaliyyət göstərən Azərbaycan Milliyyətçilər Dərnəyinin qurucularındandır. Mühacirət mətbuatının formalaşdırılmasında yaxından iştirak edib. "Türk izi", "Mücahid" dərgilərində siyasi-publisistik məqalələr yazıb.

Biblioqrafik təsvir

Aşırlı, Akif. Həsən bəy Zərdabinin mücahid oğlu / A. Aşırlı; tərt. R. Dadaşov.- Bakı: Elm və təhsil, 2016.- 120 s.