- Sərlövhə:
- Seçilmiş əsərləri
- Müəllif:
- Araz Məmməd
- Nəşr ili:
- 2010
- Annotasiya:
- XX əsr söz sənətimizin görkəmli nümayəndələrindən olan, Xalq şairi Məmməd Arazın şeirlər kitabının "Xalq Əmanəti" layihəsinin ikinci nəşri olması, əlbəttə, təsadüf yox, zərurətdir və bunu ilk nişan verən həm şairin adının qarşısındakı şərəfli titulda, həm də layihənin adındakı "Xalq" sözüdür. Məmməd Araz- dil və şeir arasında, başqa sözlə, xalqa məxsus olanla fərdə məxsus olan arasında bərabərlik işarəsi qoymuş azsaylı şairlərdəndir. Kitabda böyük vətənpərvər, XX əsrin ikinci yarısında güclü və bənzərsiz poetik səsi ilə adını klassıklərimizlə bir sıraya yazmış xalq şairi Məmməd Arazın məhsuldar yaradıcılıq dövrünün 1956-1996-cı illərini əhatə edən qırxillik əsas kəsiminə aid bir dövrdə yazdığı dillər əzbəri olan şeirləri daxil edilmişdir.
Biblioqrafik təsvir
Araz, Məmməd. Seçilmiş əsərləri: [şeirlər] / M. Araz; tərt.-red. Səlim Babullaoğlu, layihənin rəh. R. Həşimov.- Bakı: Şərq-Qərb, 2010.- 656 s.