Kitabda müəllifin dünyasını dəyişmiş müəyyən şəxsiyyətlərlə əlaqədar düşüncə və xatirələri yer almışdır. Kitabdakı yazıların əksəriyyəti vaxtilə dövri mətbuatda, elmi nəşrlərdə işıq üzü görmüşdür, bir qismi ilk dəfə çap edilir. Bəzən onların yazıldığı və ya çap edildiyi konkret dövrün ictimai-siyasi şəraitindən irəli gələn, həmçini sosial-mədəni mühiti ilə zəruri olan müəyyən xüsusi ad, termin və mülahizələrə də rast gəlinir.
Biblioqrafik təsvir
Qurbanov, Rasim Nəbi oğlu. Mədəniyyət. İncəsənət. Ədəbiyyat: məqalələr, publisistika, rəylər / R. N. Qurbanov; elmi red., ön sözün müəl. R. Əliyev. II kitab.- Bakı: Xəzər Universiteti nəşriyyatı, 2021.- 356 s.