Kitabda dünyanın görkəmli dövlət xadimi, xalqımızın böyük oğlu, ölkəmizin müstəqilliyinin təminatçısı, Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin tükənməz zəngin irsi oxucuların diqqətinə çatdırılır. Biblioqrafik məlumat kitabının məqsədi Heydər Əliyevin nəşr edilmiş, eləcə də bu böyük səxsiyyət haqqında yazılmış kitabları biblioqrafik üsulla sistemləşdirərək oxuculara təqdim etməkdən ibarətdir.
Biblioqrafik təsvir
Heydər Əliyev: biblioqrafik məlumat kitabı / tərt.: A. A. Xələfov, S. Sadıqova.- Bakı: Bakı Universiteti Nəşriyyatı, 2003.- 434 s.