Monoqrafiya görkəmli dövlət xadimi, yazıçı və publisist Nəriman Nərimanovun dram yaradıcılığı, onun Azərbaycan milli teatrının yaranması və inkişafında rolu, eləcə də aktyorların sənət məktəbi olan səhnə əsərlərinin Krımda, Zaqafqaziyada, Tatarıstanda və Orta Asiyada tamaşaya qoyulması ilk dəfə tarixi sənədlər, arxiv materialları və şəkillər əsasında geniş araşdırılmışdır. Bu elmi əsər 1971-ci ildə "Elm" nəşriyyatında bütövlükdə kiril əlifbası ilə kütləvi tirajla buraxılmışdır.
Biblioqrafik təsvir
Əhmədov, Teymur Əkbər oğlu. Nəriman Nərimanov dramaturgiyası: monoqrafiya / T. Ə. Əhmədov; elmi red. M. İbrahimov.- Bakı: Nurlar NPM, 2005.- 384 s.