Kitab haqqında

Məmmədəli Sidqi və "Şeypur" jurnalı

Məmmədəli Sidqi və "Şeypur" jurnalı

Sərlövhə:
Məmmədəli Sidqi və "Şeypur" jurnalı
Müəllif:
Həşimli Hüseyn
Nəşr ili:
2014
Annotasiya:
Kitabda böyük maarifçi Məhəmməd Tağı Sidqinin oğlu, tanınmış publisist Məmmədəli Sidqinin (1888-1956) həyat və yaradıcılıq yoluna nəzər salınır, 1918-1919-cu illərdə Bakıda onun redaktorluğu ilə nəşr olunmuş "Şeypur" jurnalı müfəssəl şəkildə araşdırılır, M. Sidqinin həmin mətbuat orqanında dərc olunmuş məqalə və felyetonları təhlil edilərək dəyərləndirilir və müasir oxuculara təqdim edilir.

Biblioqrafik təsvir

Həşimli, Hüseyn Məmməd oğlu. Məmmədəli Sidqi və "Şeypur" jurnalı / H. M. Həşimli.- Bakı: Elm və təhsil, 2014.- 96 s.