- Sərlövhə:
- İntellektual ekologiya
- Müəllif:
- Həmidov Ənvər
- Nəşr ili:
- 2012
- Annotasiya:
- Kitabda insan intellektinin təkamülü ilə əlaqədar yeni bir məqsədin, daha doğrusu, əqillə necə yaşamağın mübarizə prinsiplərindən bəhs edilir ki, bunu da müəlliflər "intellektual ekologiya" adlandırmışdırlar. "İntellektual ekologiya" ilk dəfə Ənvər Metenin 2008-ci ildə çapdan çıxmış "Loğmanlar" kitabında irəli sürülmüş elmi termindir. Müəlliflər araşdırmalarla sübut etməyə çalışırlar ki, müasir dövrdə istər iqtisadi-siyasi vəziyyət, istərsə də ümumi ekologiya insan zəkasından, onun müdrikliyindən, əsl mənada, insan intellektindən asılıdır və öz fikirlərini əsaslandırmaq üçün Ön və Orta Şərq dahilərinin fəlsəfi fikirlərinə, inanclara, İslam fəlsəfəsinə müraciət edir, bu haqda ətraflı məlumat verirlər.
Biblioqrafik təsvir
Həmidov, Ənvər Mustafa oğlu. İntellektual ekologiya / Ə. M. Həmidov, Z. Ə. Həmidova; ön sözün müəl. E. K. Əlizadə; red. S. A. Nəzərli.- Bakı: Elm və Təhsil, 2012.- 584 s.