Kitab haqqında

Üzeyir Hacıbəyli

Üzeyir Hacıbəyli

Sərlövhə:
Üzeyir Hacıbəyli
Nəşr ili:
2008
Annotasiya:
Oxuculara təqdim olunan bu kitabın birinci hissəsi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin maraqlı həyatının və çoxcəhətli yaradıcılığının konkret faktlarla işıqlandırılan zəngin salnaməsidir. Kitabda təxminən 60 illik bir dövrdə müxtəlif mətbuat orqanlarından, kitablardan, arxiv materiallarından götürülmüş faktlar və sənədlərdə Üzeyir Hacıbəylinin özunün yazıb-yaratdığı əsərlər, həm də bu əsərlər ətrafında söylənilmiş fikir və rəylər haqqında oxuculara ətraflı məlumat verilir. Kitabın ikinci hissəsi Üzeyir Hacıbəylinin əsərlərini və onun haqqında yazılan müxtəlif materialları özündə cəmləşdirərək bu günə qədər üzeyirşünaslıq sahəsində nəşr olunan əsərlərin ən tam biblioqrafiyasıdır.

Biblioqrafik təsvir

Üzeyir Hacıbəyli / Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu; ön sözün müəl. M. A. Əliyeva.- Bakı: Şərq-Qərb, 2008.- 392 s.