Kitabda üçfazalı dəyişən cərəyan elektrik dövrələri, qarşılıqlı induktiv rabitəli dövrələr, periodik qeyri-sinusoidal dəyişən cərəyan elektrik dövrələri və maqnit dövrələrinin xüsusiyyətləri, həmin dövrələrdə cərəyan və gərginliklərin hesablanma metodları, rezonans hadisələri, birfazalı dəyişən cərəyan dövrələrində keçid prosesinin klassik metodla hesablanması məsələləri öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Əliyev, Aydın Qardaşxan oğlu. Elektrotexnikanın əsasları: dövrələr, metodlar və tətbiqlər: dərs vəsaiti / A. Q. Əliyev; elmi red. N. A. Yusifbəyli; Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. II hissə.- Bakı: ADNSU, 2022.- 158 s.