Kitab haqqında

Azərbaycan-alman ədəbi əlaqələri müasir filoloji kontekstdə

Azərbaycan-alman ədəbi əlaqələri müasir filoloji kontekstdə

Sərlövhə:
Azərbaycan-alman ədəbi əlaqələri müasir filoloji kontekstdə
Müəllif:
Zairova Xanım
Nəşr ili:
2015
Annotasiya:
Bu monoqrafiya Azərbaycan-alman ədəbi əlaqələrinin tarixinə, ədəbiyyatlararası qarşılıqlı əlaqələrdə tematologiya, resepsiya, bədii tərcümə və digər bu kimi mühüm məsələlərin araşdırılmasına həsr olunmuşdur. Monoqrafiyada alman mənbələrində Azərbaycan mövzusu alman ensiklopediyaları və səyahətnamələri əsasında şərh edilir, hər iki xalqın nağılları arasında tematoloji, tiploji müqayisələr aparılır, klassik Azərbaycan şeirinin alman poeziyasına təsiri məsələləri və bir çox əhəmiyyətli problemlər işıqlandırılaraq ədəbi əlaqələrin inkişaf istiqamətlərinə aydınlıq gətirilir.

Biblioqrafik təsvir

Zairova, Xanım Mikayıl qızı. Azərbaycan-alman ədəbi əlaqələri müasir filoloji kontekstdə: monoqrafiya / X. M. Zairova; elmi red., ön sözün müəl. C. Məmmədova.- Bakı: Mütərcim, 2015.- 216 s.