Kitabda böyük Azərbaycan şairi Səməd Vurğuna həsr olunmuş şeirlər toplanmışdır. Zaman-zaman bu şeirlərin forması da, məzmunu da ölməz şairə ümumxalq məhəbbətinin əbədi və daimi olacağından xəbər verir. Yazıların ünvanı bir, deyim ifadə tərzləri müxtəlif olsa da, onların başlıca qayəsini xalqımızda poeziyaya, şeir və sənətə, həqiqi sənətkara olan sonsuz sevgi, nəcib bir ülviyyət birləşdirir.
Biblioqrafik təsvir
Səməd Vurğun haqqında yazılan şeirlər / tərt. Q. Süleymanov; red. İ. Tapdıq, T. Həmid.- Bakı: Çaşıoğlu, 2007.- 256 s.