- Sərlövhə:
- General Bərşadlı
- Müəllif:
- Tatarenko Viktor
- Nəşr ili:
- 1999
- Annotasiya:
- Bədii-sənədli roman "General Bərşadlı" "Azərbaycan oğulları" ədəbi silsiləsindən ikinci kitabıdır. Bu kitab mahir sərkərdə və sözün əsl mə'nasında gözəl insan olan general Valeh Bərşadlının qəribə taleyindən bəhs edir. Yağı düşmən üstümüzə müharibə ilə gələndə ordumuz demək olar ki, yox idi. Məhz belə bir taleyüklü məqamda ilk batalyonları o yaratdı. General çağırışı birinci olaraq qəbul etdi. O, müharibəyə görə rəsmi olaraq heç bir mükafat almasa da, xalq onun qəhrəmanlığını, şücaətini unutmur. "Goranboy əməliyyatı" adı ilə dillərə düşmüş parlaq döyüşü də xalq heç vaxt yaddan çıxarmayacaq. General Bərşadlının həyatı və onun Vətənə sədaqətli xidməti gənclərə nümunəvi örnəkdir.
Biblioqrafik təsvir
Tatarenko, Viktor Titoviç. General Bərşadlı = Генерал Баршатлы: roman / V. T. Tatarenko; red.: E. Bağırov, L. Panina.- Bakı: Zaman, 1999.- 410 s.