Kitab haqqında

Nəqliyyatın iqtisadi coğrafiyası

Nəqliyyatın iqtisadi coğrafiyası

Sərlövhə:
Nəqliyyatın iqtisadi coğrafiyası
Müəllif:
Səfərov Surxay
Nəşr ili:
2020
Annotasiya:
Dərslikdə nəqliyyatın iqtisadi coğrafiyasının nəzəri, metodoloji və praktiki aspektləri təqdim olunub. Nəqliyyatın iqtisadi coğrafiyanın inkişafında yeri və dövlətlərin inkişafında əhəmiyyəti, "Nəqliyyatın iqtisadi coğrafiyası" fənninin "Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi" və "Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi" ixtisaslarının tədris planlarında nəzərdə tutulan digər fənnlər ilə qarşılıqlı əlaqəsi verilib. Nəqliyyatın iqtisadi coğrafiyasının inkişafında əhəmiyyətli rol oynayan beynəlxalq və regional iqtisadi inteqrasiya, dünya ticarətinin coğrafi strukturu və dinamikası kimi məsələlər dərsliyin əsas hissələrindən birini təşkil edir. Dərsliyin növbəti hissəsi dünya regionları nəqliyyatının müxtəlif növlərinin iqtisadi coğrafiyası məsələlərinin araşdırılmasına həsr olunub. Nəqliyyatın iqtisadi coğrafiyasının inkişafında mühüm rol oynayan beynəlxalq nəqliyyat dəhlizləri barədə əhəmiyyətli informasiya da ətraflı şərh edilmişdir. Dərslik bu sahədə Azərbaycan dilində yazılmış ilk dərsliklərdən biridir. Dərslik 15 fəsildən və 69 paraqrafdan ibarətdir.

Biblioqrafik təsvir

Səfərov, Surxay Həsən oğlu. Nəqliyyatın iqtisadi coğrafiyası: dərslik / S. H. Səfərov, E. Nəcəfov, S. Ə. Allahverdiyeva; "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Milli Aviasiya Akademiyası.- Bakı: Gənclik, 2020.- 456 s.