Kitabda milli ədəbi ictimai fikrin qədim (İslam xilafətindən əvvəl) dövrdən 1930-cu illərə kimi olan dövrünün ədəbi şəxsiyyətləri, abidələri, düşüncə və yaradıcılıq istiqamətləri izlənilmiş, onlara münasibət bildirilmişdir. Kitabın "Sosrealizm: itkilərimiz, qazanclarımız" bölməsində isə sovet imperiyası dövrü milli ədəbi-mədəni düşüncə və yaradıcılıq məsələlərinə nəzər salınmışdır.
Biblioqrafik təsvir
Məmmədov, Alxan Bayram oğlu. Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi oçerki: qədim dövrdən 1930-cu illərədək: dərs vəsaiti / li.- Bakı: Elm və Təhsil, 2013.- 200 s.