Bu topluda Asiya ölkələri xalqlarının əsatir, əfsanə və nağıllarından nümunələr toplanmışdır. Bir-birlərindən uzaqlarda yaşamalarına, fərqli mədəniyyətlərin daşıyıcıları olmalarına baxmayaraq, bir qitədə yaşayan həmin xalqların folklor örnəkləri bir-birinə çox yaxın, hətta bəzi məqamlarda doğmadır. Bu nümunələri insana məhəbbət, vətən sevgisi, şərlə barışmaz fikir birləşdirir. Burada həmişə xeyir şər üzərində qalib gəlir.