- Sərlövhə:
- Qız qalası
- Müəllif:
- Həsənov Həsən
- Nəşr ili:
- 2017
- Cild:
- 1
- Annotasiya:
- Həsən Həsənovun təqdim olunan monoqrafiyası Bakı Qız qalasının, Bakı bütpərəstlik kompleksinin, Qobustanın nadir qayaüstü təsvirləri kompleksinin hərtərəfli fənlərarası tədqiqinə ilk cəhddir. Əsərdə Qız qalasının bir çox gizli mənalarının açıldığını etiraf etməyə əsas verən tamamilə yeni konsepsiya təqdim olunur. Müəllif əvvəllər irəli sürülmüş versiyaların (Qız qalasının guya orta əsrlər - VI-XII əsrlər tikilisi olması; müdafiə və ya göz qalası olması; dünyagörüşü baxımından isə zərdüştilik ənənələrinə uyğun gəlməsi) tamamilə əsassız olduğu sübut edir və öz nöqteyi-nəzərinin xeyrinə inandırıcı dəlillər gətirir. Əsərdə Bakı Qız qalasını fərqləndirən amillər haqda əsaslandırılmış məlumatlar verilir. Bu amillər onun tikildiyi üçbucaqlı ada, xarici görünüşündə həkk olunan ornament, daxili quruluş və konstruktiv xüsusiyyətlərdir. Polisemantik etimologiya və linqvistik arxeologiya metodları burada xüsusi qeyd olunmalıdır, çünki müəllif onların köməyi ilə Bakının, Bakı Qız qalasının, həmçinin çoxsaylı topomin və antroponimlərin şifrini açır.
Biblioqrafik təsvir
Həsənov, Həsən Əziz oğlu. Qız qalası: monoqrafiya / H. Ə. Həsənov ; rus dilindən tərc. H. Orucov; elmi red. R. Əfəndiyev ; AMEA Memarlıq və İncəsənət İnstitutu, AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, AMEA Dilçilik İnstitutu, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
I kitab: Bakı Qız qalası - III nəşr.- Bakı: TEAS Press, 2017.- 300 s.