Dərs vəsaitində "Nitqin inkişafı" ilə əlaqədar nəzəri məsələlər əcnəbi tələbələrin anlaya biləcəyi tərzdə, aydın şəkildə təqdim edilmiş, sxemlərdən, cədvəllərdən istifadeə edilmişdir. Vəsaitdə inşa və imla və yazı nümunələri, ifadəli oxu və əzbər üçün qədim Azərbaycan- türk mədəniyyətini, tarixini, ədəbiyyatını əks etdirən mətnlər, "Azərbaycanı tanıyaq" başlığı altında vətənimizin tarixi guşələrinin şəkilləri və məlumatlar təqdim edilmişdir.
Biblioqrafik təsvir
Hüseynova, Həcər Emin qızı. Nitqin inkişafına dair praktik məşğələlər: əcnəbi tələbələrin Azərbaycan dilini öyrənmələri üçün dərs vəsaiti / H. E. Hüseynova; red. B. Ə. Xəlilov.- Bakı: Elm və Təhsil, 2014.- 246 s.