- Sərlövhə:
- Bizim Qala
- Müəllif:
- İsmayılov İsmayıl
- Nəşr ili:
- 2022
- Annotasiya:
- Kitabda Şuşa şəhərinin özünəməxsus zəngin memarlığını əks etdirən olduqca maraqlı və bir çox oxucular üçün yeni olan məlumatlar öz əksini tapıb. Burada Şuşa şəhərinin 8 may 1992-ci ildə işğala məruz qalması və 44 günlük Vətən müharibəsi nəticəsində 8 noyabr 2020-ci ildə müzəffər ordumuzun şücaəti sayəsində azad edilməsinə də toxunulub. Kitabda məhz Şuşanın Azərbaycana, Azərbaycan xalqına məxsusluğunun maddi sübutu olduğuna görə mənfur düşmən tərəfindən dağıdılmış yüzlərlə memarlıq abidəsinin işğala qədər və azad ediləndən sonra eyni rakursdan çəkilmiş şəkillərinin geniş şəkildə verilməsi və müqayisəli təqdim edilməsi erməni vandalizminin dəhşətli miqyasını əyani surətdə göstərir.
Biblioqrafik təsvir
İsmayılov, İsmayıl Aydın oğlu. Bizim Qala: kitab-albom / İ. A. İsmayılov; red. K. Kərimli.- Bakı: Zərdabi Nəşr MMC, 2022.- 208 s.