- Sərlövhə:
- Xalqın tarixi haqqı
- Müəllif:
- Xudiyev Nizami
- Nəşr ili:
- 2003
- Annotasiya:
- Müəllif bu kitabında uzun illər sistemli şəkildə məşğul olduğu Azərbaycan ədəbi dili tarixi problemlərini yeni müstəvidə- Cənubi Azərbaycanda tarixən formalaşan söz ehtiyatları, bu zəngin mənəvi xəzinənin funksionallığına səy edən görkəmli alim və tədqiqatçıların son illərdəki fəallığı fonunda təqdim etməyə çalışır. Güney Azərbaycanda ədəbi dilin inkişafına mane olan şovinist qüvvələrin- erməni-fars tarixi birliyindən keçən əzablı yolun bu gün də davam edən nəticələri kitabdakı müxtəlif məqalələrin təhlil obyektinə çevrilmişdir. Ədəbi-mədəni mühitdəki kəşflər, uğurlar burada ümumazərbaycan kontekstində dəyərləndirilir, milli-etnik kimlik, Azərbaycan xalqının etnogenezisi, evolyusiyası məsələlərinə bu gün İranda çap olunan elmi, bədii-publisistik əsərlərin təhlili əsasında geniş yer ayrılır.
Biblioqrafik təsvir
Xudiyev, Nizami Manaf oğlu. Xalqın tarixi haqqı: dilimiz, varlığımız / N. M. Xudiyev; elmi red. T. İ. Hacıyev.- Bakı: Azərbaycan nəşriyyatı, 2003.- 336 s.