Kitab haqqında

Elçin (Əfəndiyev Elçin İlyas oğlu)

Elçin (Əfəndiyev Elçin İlyas oğlu)

Sərlövhə:
Elçin (Əfəndiyev Elçin İlyas oğlu)
Nəşr ili:
2023
Annotasiya:
M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırladığı növbəti biblioqrafiya Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor, dramaturq, ictimai-siyasi xadim, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Elçin İlyas oğlu Əfəndiyevin anadan olmasının 80 illiyinə həsr edilmişdir. Biblioqrafiyada Elçinin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, ədibin əsərləri, həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanmışdır. Biblioqrafiyada dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrləri də öz əksini tapmışdır.

Biblioqrafik təsvir

Elçin (Əfəndiyev Elçin İlyas oğlu): biblioqrafiya = Elchin (Efendiyev Elchin Ilyas oglu): bibliography = Эльчин (Эфендиев Эльчин Ильяс оглу): библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası; tərt. M. İbrahimova; elmi red. K. M. Tahirov; ön sözün müəl. N. Q. Cəfərov; red. X. Abbasova.- Bakı: M.F. Axundov adına Milli Kitabxana, 2023.- 672 s.- Azərbaycan, ingilis və rus dillərində.