- Sərlövhə:
- Qarqantua və Pantaqruel
- Müəllif:
- Rable Fransua
- Nəşr ili:
- 2005
- Annotasiya:
- Məşhur fransız yazıçısı, Renessans dövrünün ən görkəmli nümayəndələrindən biri Fransua Rablenin fantastik "Qarqantua və Pantaqruel" romanı xalq yumoru ilə zəngin bir əsərdir. Fransız Renessansının ensiklopedik abidəsi sayılan bu əsərdə tərki-dünyalıq, cəhalət və riyakarlıq, mənəvi əsarət satira atəşinə tutulur, humanist ideallar tərənnüm edilir. Romanda realist təsvirlər qrotesk ünsürləri ilə üzvi surətdə birləşmişdir. Kitabdakı illüstrasiyaların müəllifi məşhur fransız qrafik rəssamı Qüstav Doredir.
Biblioqrafik təsvir
Rable, Fransua. Qarqantua və Pantaqruel / F. Rable; tərc. C. Əhməd.- Bakı: Öndər nəşriyyat, 2005.- 304 s.