Kitab Azərbaycan elminin bir hissəsi olan filologiya və fəlsəfə sahəsində araşdırmalar aparan filologiya elmləri doktoru, dosent Səbuhi İbrahimovun 55 illik yaradıcılıq yollarına həsr edilmişdir. Kitabda müəllifin həyat və yaradıcılığı, elmi fəaliyyəti, hasilə gələn nəticələri, kitab, monoqrafiya, dərs vəsaiti, metodik vasaitləri, elmi məqalələri, konfrans materialları, sertifikatlar, aldıqları fəxri adlar və təşəkkürnamələr foto surət olunaraq verilmişdir.
Biblioqrafik təsvir
Səbuhi İbrahimovun 55 illik ömür yolu: mətnşünaslıq və dinşünaslıq elminin fəlsəfi zənginliyi / tərt.: S. S. İbrahimova, M. S. İbrahimova; elmi red. R. Zülfüqarov.- Bakı: Füyuzat, 2026.- 184 s.