Kitab haqqında

Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər

Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər

Sərlövhə:
Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər
Müəllif:
Ələkbərli Faiq
Nəşr ili:
2021
Cild:
3
Annotasiya:
"Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)" adlı monoqrafiyasının üçüncü hissəsində XX əsr Güney Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1. Milli-demokratik və siyasi-fəlsəfi ideyaların sintezi (Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya, Firudin İbrahimi,Tağı Ərani, Tağıxan Rüfət, Əlirza Nabdil və başqaları); 2. Milli maarifçilik və ictimai-fəlsəfi ideyalar (Mirzə Əli Möcüz Şəbüstəri, Məhəmmədəli Tərbiyət, Məhəmmədhüseyn Şəhriyar, Səhənd, H. Bülluri, Həbib Sahir, Həmid Nitqi, Cavad Heyət və başqaları); 3. İslam fəlsəfəsi və islamçılıq (Əbülqasım əl-Xoyi, Məhəmmədhüseyn Təbatəbati, Məhəmmədkazım Şəriətmədari, Mirzə Tağı Cəfəri, Cəfər Sübhani və başqaları).

Biblioqrafik təsvir

Ələkbərli, Faiq Qəzənfər oğlu. Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər: monoqrafiya / F. Q. Ələkbərli; elmi red. Z. M. Şabanov; Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.
III hissə.- Bakı: Elm və təhsil, 2021.- 684 s.