Bu proqram əsasən ümumtəhsil məktəblərinin III sinif şagirdləri, həmçinin ingilis dilini yeni öyrənməyə başlayan, istənilən yaş qrupundan olan öyrənci və dinləyicilər üçün nəzərdə tutulmuşdur. Proqramın özəlliyi bütün dərs materiallarının məşğələnin gedişi zamanı müəllimin iştirakı ilə mənimsənilməsinə nail olmaqdan ibarətdir. Proqrama əsasən tədris prosesində ev tapşırıqları nəzərdə tutulmayıb. Proqramın tam mənimsənilməsi nəticə etibarı ilə ingilis dilindən möhkəmləndirilmiş başlanğıc səviyyəni özündə ehtiva edir.
Biblioqrafik təsvir
Ustaj, Zaur. 39 Weeks: special program for English = 39 həftə: ingilis dili üçün xüsusi proqram / Z. Ustaj ; elmi red., ön sözün müəl. T. Xəlilov.- Təkmilləşdirilmiş yeni nəşr.- Bakı: Mücrü, 2020.- 40 s.