Kitabda Azərbaycan tarixinin ədəbiyyatımızda silinməz izlər qoyan bir dövrünün - Dədə Qorquddan Dədə Ələsgərə qədərki dövrün saz-söz ustadlarının yaradıcılığı haqqında dolğun və aydın bir mənzərə yaradılıb. Ədəbiyyatşünas və musiqişünas alimin - Fəxrəddin Salimin uzun illərin axtarışları nəticəsində zəngin faktlara və tutarlı arqumentlərə əsaslanaraq müqayisəli-qarşılaşdırmalı təhlil üslubunda qələmə aldığı bu tədqiqat əsərini ələsgərşünaslıqda yeni bir mərhələnin başlanğıcı hesab etmək olar.
Biblioqrafik təsvir
Salim, Fəxrəddin. Dədə Qorquddan Dədə Ələsgərə / F. Salim; elmi red. R. Əskər; ön sözün müəl. N. Q. Cəfərov; AMEA Folklor İnstitutu.- Bakı: Şərq-Qərb, 2021.- 664 s.