Elmi əsər hüquq elminin, inzibati hüquq sahəsinin əsaslarını, təməl müddəalarını qısa və konkret şəkildə araşdırıb-izah etmək məqsədini güdür. Əsərdə vətəndaşlar tərəfindən dövləti idarəetmə hüququ, idarəçilik prinsipləri, eləcə də forma və metodları aydın şəkildə göstərilir. Bundan savayı, burada inzibati-hüquq tənzimləmənin obyekti, inzibati-hüquq münasibətləri subyektlərinin hüquqi statusu, dövlət idarəçiliyi (hakimiyyət) orqanları quruluşu və ələlxüsus inzibati hüququn təminatı və digər müddəalar öz əksini tapmışdır.
Atakişiyev, Bəxtiyar Sərhəd oğlu. İnzibati hüquq və terminlər: elmi əsər / B. S. Atakişiyev; red. N. O. Bağırov.- Bakı: Yeni Poliqrafist MMC, 2008.- 312 s.