Topluda portalla əməkdaşlıq edən görkəmli Azərbaycan alim, ekspert, analitik və mütəxəssislərinin bəşəriyyəti narahat edən və düşündürən proseslərlə bağlı mövqeləri təqdim edilir. Burada müasir beynəlxalq münasibətləri xarakterizə edən qlobal proses və trendlərə xüsusi diqqət yetirilir. Kitab müxtəlif sahələrə aid olan məqalələrdən tərtib edilsə də, ümumi ideyaya malikdir və müasir tarixi mərhələdə qlobal və regional miqyasda cərəyan edən geosiyasi proseslərin obyektiv təhlilini təqdim edir. Kitabda eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsinə diqqət yetirilir.
Biblioqrafik təsvir
Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər: məqalələr toplusu / red. heyəti: P. Q. Darabadi [et al.]; baş red. N. İ. Məmmədov.- Bakı: Qanun, 2013.- 320 s.