Əsərdə nağılın fərqləndirici əlaməti müəyyənləşdirilir, ayrı-ayrı süjet bölümlərində bunun özünəməxsus surətdə aşkara çıxdığı irəli sürülür. Möcüzəli motiv, obraz və hərəkətlərin nağıl süjetlərinin özəyində durduğu əsaslandırılır. Oxşar motiv və sehrli hərəkətlər üzərində ayrıca dayanılır, onların hər birinin yayılması, məzmunu izah olunur. Çevrilmələr və geyim dəyişmələrin nağıl poetikasının mühüm cəhətləri olduğu qənaətinə gəlinir. Ənənəvi formulların, kontaminasiya, retardasiya və üçlük modelinin nağıl mətninin strukturunda yeri aydınlaşdırılır; səciyyəvi təsvir vasitələri çoxsaylı nümunələr əsasında təhlil olunur. Ayrı-ayrı regionlarda yayılmış orijinal nağıllar və onların variantları üzərində dayanılır, dil, süjet və motiv özəllikləri kontekstində müqayisələr aparılır.
Biblioqrafik təsvir
Əliyev, Oruc. Azərbaycan nağıllarının poetikası / O. Əliyev; elmi red. H. Ə. İsmayılov.- Bakı: Səda, 2001.- 191 s.